Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satınalınması məsədilə açıq tender elan edir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satınalınması məsədilə açıq tender elan edir.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən müsabiqədə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqının ödənilməsi yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş et” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə 250 manat məbləğində iştirak haqqını ödəyərək Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Azad Musayev, tel: 310-28-00, Landau keçəsi, 16.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri portal vasitəsilə təqdim etməlidirlər:

  1. İştirak haqqının ödənilməsi barədə təsdiqedici sənədi;
  2.  İddiaçının analoji işlərdə təcrübəsi (yerinə yetirdiyi müqavilələrin min manatla həcmi) barədə rəsmi məlumat;
  3.  İddiaçının maddi-texniki imkanları haqqında rəsmi məlumat;
  4. İddiaçının kadr imkanları (işlərin icrasına cəlb ediləcək mütəxəssislərin CV-ləri) haqqında rəsmi məlumat;
  5.  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
  6. İddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  8.  İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  9.  İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (iddiaçıların hüquqi sənədlərinin surətləri notarial qaydada təsdiqli olmalıdır);

10. İddiaçıların satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

  1. İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).
  2. İddiaçının veb-saytı barədə məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla tələb olunan digər sənədləri 01.04.2022-ci il saat 14:00 tarixinə qədər və tender təklifi (tender təklifinin məbləği manat ilə təqdim edilməlidir və zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) ilə bank təminatı (tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) sənədlərini 11.04.2022-ci il saat 14:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 12.04.2022-ci il saat 14:00  tarixində açılacaqdır. İddiaçılar nəticələrilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender Komissiyası