195-1 Çağrı Mərkəzi

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb.

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "1" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək, eləcə də səsli menyunun köməkliyi ilə müvafiq məlumatlar əldə etmək olar. Stasionar nömrələrdən "195-1" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

195-1 Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.