Hövsan aerasiya tullantı sularının təmizlənməsi qurğusunun təmiri və tullantı sularının təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsi üzrə Niyyət Bildirişinin (EOI) təqdimetmə müddəti uzadılıb

Potensial investorların layihədə iştirak imkanlarının genişləndirilməsi məqsədilə Hövsan aerasiya tullantı sularının təmizlənməsi qurğusunun təmiri və tullantı sularının təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsi üzrə Niyyət Bildirişinin (EOI) təqdim edilməsi müddəti uzadılıb.

Niyyət Bildirişləri (əlavə olunmuş müraciət formasına uyğun olaraq) 4 sentyabr 2026-cı il tarixi də daxil olmaqla ppp@economy.gov.az elektron poçt ünvanına təqdim edilə bilər.

Qeyd edək ki, layihə Bakı ərazisində mövcud olan tullantı sularının təmizlənməsi infrastrukturunun modernləşdirilməsi, tullantı sularının daha effektiv üsullarla təmizlənməsi və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə həyata keçirilir.

Layihə haqqında ətraflı məlumat üçün Layihə Təqdimatı sənədinə baxa bilərsiniz.