İqtisadiyyatımız beynəlxalq hesabatlarda

Dünya İqtisadi Forumu tərəfindən 2019-cu ildə nəşr edilən "Qlobal Rəqabətlilik İndeksi"ndə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabatın son nəşrinə əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yerləşib. Həmçinin ölkəmiz bu hesabatda Cənubi Qafqaz regionunda birincidir.

"Qlobal İnnovasiya İndeksi" hesabatında əvvəlki hesabat ili ilə müqayisədə Azərbaycan ümumi reytinq sıralamasında 2 pillə irəliləyərək 132 ölkə arasında 80-ci olub. Həmin hesabatda Azərbaycan müxtəlif gəlir səviyyələrində innovasiya performansına görə "Yuxarı orta gəlir qrupu"na (upper middle-income group economies) aid edilib.

https://azranking.az/