İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin strukturunun, strukturuna daxil olmayan tabeliyindəki qurumların, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxslərin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə, habelə Nazirliyin strukturunda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"ni və digər normativ hüquqi aktları rəhbər tutur.
Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
"İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası haqqında" Əsasnamə
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının tərkibi
Şuranın sədri:
Elnur Əliyev - İqtisadiyyat nazirinin birinci müavini.
Şuranın üzvləri:
Niyazi Səfərov – İqtisadiyyat nazirinin müşaviri;
Elnur Əliyev - Nazirliyin Aparatının Daxili nəzarət şöbəsinin müdir müavini;
Anar Hacızadə - Nazirliyin Aparatının Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdir müavini;
Mətin Eynullayev – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi;
Samirə Musayeva - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini;
Rüstəm Şahbazov - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini.
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının email ünvanı: apellyasiya@economy.gov.az
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının Katibliyinin tərkibi
Katibliyin rəhbəri :
Nuranə Abbasova – Nazirliyin Aparatının Hüquq şöbəsinin müdir müavini – Hüquqi aktların hazırlanması və ekspertizası sektorunun müdiri
Katibliyin üzvləri :
Fuad Seyidov – Nazirliyin Aparatının İnsan resursları şöbəsinin Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri
Azadə Qurbanova – Nazirliyin Aparatının Hüquq şöbəsinin Hüquqi aktların hazırlanması və ekspertizası sektorunun böyük məsləhətçisi
Kənan Hacızadə – Nazirliyin Aparatının Daxili nəzarət şöbəsinin Risklərin idarə edilməsi sektorunun böyük məsləhətçisi
Vüqar Əliyev – Nazirliyin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun böyük məsləhətçisi
Elgün Abdullayev – Dövlət Vergi Xidmətinin Aparatının İnzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətlərin araşdırılması idarəsinin 4-cü şöbəsinin baş dövlət vergi müfəttişi
Sevinc Əliyeva - Dövlət Vergi Xidmətinin Aparatının İnzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətlərin araşdırılması idarəsinin 5-ci şöbəsinin böyük dövlət vergi müfəttişi
Arzu Hüseynov – Dövlət Vergi Xidmətinin Aparatının Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin hüquqşünası
Şəmistan Şəmistanzadə - Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin Təlim, inkişaf və qiymətləndirmə sektorunun müdiri
Əfsanə Xalıqova – Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatının Hüquq şöbəsinin Məhkəmələrlə işin təşkili sektorunun baş məsləhətçisi
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının fəaliyyəti
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Fərmanından irəli gələrək İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası və həmin Şuranın Katibliyi yeni tərkibdə formalaşdırılmışdır. Yeni tərkibdə formalaşdırılmış Apellyasiya Şurası 2020-ci ilin sentyabr ayından fəaliyyətə başlamışdır.
2022-ci ildə Apellyasiya Şurasına 172, 2023-cü ildə 142, 2024-cü ildə 135, 2025-ci ildə isə 171 şikayət daxil olub. Şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.
İnzibati-metodiki işlər
Apellyasiya Şurasında işlərə baxılması çərçivəsində vətəndaşların, habelə sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədilə şikayətlərə səbəb olan hallar müzakirə edilərək aradan qaldırılması, hüquqi müəyyənliyin təmin edilməsi, inzibatçılığın optimallaşdırılması istiqamətində tövsiyələr formalaşdırılır və aidiyyəti qaydada icrası nəzarətdə saxlanılır.