Hövsan aerasiya tullantı sularının təmizlənməsi qurğusunun təmiri və tullantı sularının təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsi üzrə Niyyət Bildirişinin (EOI) təqdim edilməsinə dəvət

Azərbaycan Respublikası Hökuməti Bakı ərazisində mövcud olan tullantı sularının təmizlənməsi infrastrukturunun modernləşdirilməsi məqsədilə su təchizatı və kanalizasiya sahəsində irimiqyaslı modernləşdirmə proqramı həyata keçirir.

Həmin proqramın əsas tərkib hissəsi olaraq dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində Hövsan aerasiya tullantı sularının təmizlənməsi qurğusunun təmiri və tullantı sularının təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsinin (bundan sonra – “Layihə”) icrası üzrə müsabiqə prosesi başlayır. Proqramda məsləhətçi qismində çıxış edən Asiya İnkişaf Bankı (bundan sonra – “AİB”) prosesə dəstək göstərir.

Bakıdan təxminən 15 km şərqdə yerləşən Hövsan aerasiya tullantı sularının təmizlənməsi qurğusu (bundan sonra – “Hövsan ÇSTQ”) Azərbaycanda ən iri tullantı sularının təmizlənməsi obyektidir və Bakı ərazisində əmələ gələn tullantı sularının əhəmiyyətli hissəsini təmizləyir. Layihənin məqsədi tullantı sularının təmizlənməsi qurğusunun təmiri və modernləşdirilməsi, habelə təkrar emal olunmuş su istehsal edən yeni qurğunun yaradılmasıdır. Bununla tullantı suları daha effektiv üsulla təmizlənəcək, suyun təkrar istifadəsinin əhatə dairəsi genişləndiriləcək və ölkənin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sına uyğun olaraq, su ehtiyatlarından dayanıqlı istifadə gücləndiriləcəkdir.

Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – “ADSEA”) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – İN) sahə üzrə ixtisaslı özəl sektor şirkətlərini və ya konsorsiumları Hövsan ÇSTQ-nin təmiri, maliyyələşdirilməsi, istismarı və texniki xidməti ilə yanaşı, təkrar emal olunmuş su istehsal edən yeni qurğunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidmətini əhatə edən işlər üzrə “Layihələndir–Tik–Maliyyələşdir–İdarə et–Təhvil ver” (DBFOM) modeli çərçivəsində Niyyət Bildirişini (bundan sonra – “EOI”) təqdim etməyə dəvət edir.

Niyyət Bildirişi potensial investorlar tərəfindən dolduraraq (əlavə olunmuş müraciət formasına uyğun olaraq) 2026-cı il 4 sentyabr tarixindən gec olmayaraq ppp@economy.gov.az ünvanına elektron qaydada təqdim edilməlidir.

Layihə haqqında əlavə məlumat üçün əlavə olunmuş Layihə Təqdimatı sənədinə baxın.