Sumqayıt Sənaye Parkında yeni rezident

Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən xüsusi növ faneraların istehsalı layihəsi həyata keçiriləcək. 

“Samvud Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 8,2 milyon manat olan xüsusi növ faneraların istehsalı layihəsi çərçivəsində 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.