Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşündə  idarəçilik, strateji qərarların qəbulu və iqtisadi transformasiya şəraitində peşəkar inkişaf məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

Görüş zamanı idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər, eləcə də iqtisadi transformasiya şəraitində rəhbər şəxslər üçün zəruri bilik və bacarıqlar barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, fərdi inkişaf planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr nəzərdən keçirilib, bu sahədə qazanılmış təcrübə dəyərləndirilib.