Sənaye zonalarında məhsul istehsalı və ixracı artır

Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

Sənaye zonalarında indiyədək ümumilikdə 8 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,6 milyard manatlıq hissəsi (təqribən 32,4 %-i) ixrac olunub.

Bu ilin yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,1 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 846,1 milyon manatı ixrac olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 41,5%, ixracı 55,3% artıb.

Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3% olub.

Qeyd edək ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.