İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edəcək

20 avqust 2026-cı il tarixdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Masallı, CəlilabadYardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-dan etibarən Masallı şəhəri, Dadva yaşayış massivi, Masallı Sənaye Məhəlləsinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.