Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində 2026-cı ilin 15-17 mart tarixlərində keçiriləcək “Prowein 2026” beynəlxalq şərab və spirtli içkilər sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 12 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Sərginin əhatə etdiyi sahə: Alkoqollu içkilər
|
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
|
2203 |
səməni pivəsi: |
|
2204 |
təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa: |
|
2205 |
vermutlar və bitki və ya aromatik ekstrakların əlavəsi ilə digər təbii üzüm şərabları |
|
2206 |
digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyənvə ya təsnif olunmamış |
|
2207 |
denaturasiya olunmamış etil spirti, 80 həcm % və ya çox spirt qatılığı ilə; etil spirti və digər spirtli tinkturalar, denaturasiya olunmuş, hər hansı bir qatılıqda |
|
2208 |
denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az spirt qatılığı ilə; spirtli tinkturalar, likörlər və digər spirtli içkilər |
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 23 yanvar 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvan üzrə 14 yanvar 2026-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Kənan Müzəffərli
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin baş mütəxəssisi
Tel: +994 12 598 01 47/48 (daxili 3630)
E-mail: kanan.muzaffarli@azpromo.gov.az
Mob: +994 50 260 01 16