Maraqların ifadəsi üçün dəvət

Məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS)

Layihənin adı: Yaşanılabilən Bakı (hazırlıq mərhələsi)
Qrant nömrəsi: TF-C8884
Tapşırığın adı: Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırma
Satınalma planının istinad nömrəsi: AZ-MOEC-CS-CQS-02
Ölkə: Azərbaycan

1.Azərbaycan Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.

2. Məsləhət xidmətləri (“Xidmətlər”) Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını əhatə edir. 

Məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və yenilənmiş və təkmilləşdirilmiş texniki-iqtisadi əsaslandırmanı təqdim etmək üçün tələb olunan əlavə təhlilləri həyata keçirəcək. Tapşırığa, digər məsələlərlə yanaşı, göstəricilərin yenilənməsi, bərk tullantıların vahid idarə olunması üzrə investisiya təkliflərinin hazırlanması, maliyyə və iqtisadi təhlilin aparılması, konseptual layihənin və tender sənədlərinin hazırlanması daxildir.

Tapşırığın ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına 2025-ci ilin noyabr ayında başlanılması nəzərdə tutulur.

Tapşırığın ehtimal olunan ümumi dəyəri 505,000 ABŞ dollarıdır.

Təhvil veriləcək işlərin gözlənilən  icra cədvəli aşağıda göstərilmişdir:

Təhvil veriləcək iş

Müddət

D-1: Başlanğıc (İlkin) Hesabat – ilkin müşahidələrin təqdim olunduğu və vaxt cədvəlinə təsir edən və bu texniki tapşırığa aid amilləri əhatə edən nəticələrin vurğulandığı hesabat

Müqavilə imzalandıqdan sonra 4 həftə ərzində

D-2: Yenilənmiş göstəricilər və tullantıların gələcəkdə yaranması üzrə hesabat

Müqavilə imzalandıqdan sonra 2 ay ərzində

D-3: Təkliflər və investisiyaların prioritetləşdirilməsi daxil olmaqla, yenilənmiş texniki-iqtisadi əsaslandırma layihəsi və investisiya planının layihəsi

Müqavilə imzalandıqdan sonra 4 ay ərzində

D-4: Konseptual layihə, texniki şərtlər və tender sənədlərini əhatə edən yekun yenilənmiş texniki-iqtisadi əsaslandırma hesabatı

Müqavilə imzalandıqdan sonra 6 ay ərzində

Xidmətlər üzrə ətraflı texniki tapşırığı (TT) aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://www.dropbox.com/scl/fi/b6dwhuns9th7ht5fpf6xw/ToR_FS_for_Absheron_Waste_Shed_17.09.2025_WB_NO.docx?rlkey=l5qqa5y063o60ejq4j25b7vwj&st=hgbm1vut&dl=03

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (İcraçı Qurum) hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (Məsləhətçilər) qeyd olunan xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Maraqlanan Məsləhətçilər Xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.

4. Xidmətləri icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

(i) Ümumi təcrübə: a) Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi; b) Dünya Bankı və ya digər beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrdə sübut olunmuş təcrübə. 

(ii) Xüsusi təcrübə: Mövcud vəziyyətin təhlili, investisiya planı və xərclərin hesablanması, maliyyə və iqtisadi təhlil, tullantıların vahid idarə idarəetmə sistemləri üçün konseptual layihələrin və tender sənədlərinin hazırlanması daxil olmaqla, bərk məişət tullantılarının idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmaların aparılması sahəsində təsdiqlənmiş təcrübə. 

(iii) Qafqaz ölkələrində təcrübə və tapşırıq üçün tələb olunan ixtisaslı mütəxəssislərin mövcudluğu.

Qısa siyahıyaalma mərhələsində əsas mütəxəssislər individual olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə seçilmiş məsləhətçinin ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin daxil ediləcəyi gözlənilir.

5. Yuxarıda qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün məsləhətçilər ən azı aşağıdakı dəstəkləyici sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə ki, şirkət öz idarəedici (parent company),   eyni idarəedici şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.

(i) Şirkətin müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.

(ii) Şirkətin əsas fəaliyyət sahələrini əks etdirən broşürlər.

(iii) Bu maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li formanı tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi. Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini hazırki mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim edilməsi zamanı, Sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim etməyi tələb edə bilər.

(iv) Tapşırıqla bağlı mövcud mütəxəssislərin siyahısı və onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa məlumat.

6. Məsləhətçilər, ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə assosiasiyalar birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər.

7. Xidmətlərin göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.

8. Maraq ifadələri yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron poçt ünvanına 30 sentyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır.

Əlavə məlumatı aşağıdakı elektron poçt ünvanlarından əldə etmək olar:

Əlaqələndirici şəxs: Nicat Hüseynov – Layihə koordinatoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihə İcra Qrupu

Ünvan: Heydər Əliyev prospekti 155, AZ1029, Bakı, Azərbaycan
Tel: +994 12 310 28 00 (daxili: 2227)
E-mail:
nhuseynov@economy.gov.az 

 

Əlavə: Forma-1 (Oxşar Müqavilələr)

Məsləhətçi şirkətin adı: ____ (Birgə müəssisə şəklində müraciət edilərsə, hər bir tərəfdaş üçün ayrıca forma təqdim olunmalıdır.)

s/s

Müddət (tarix aralığı)

Tapşırığın adı

Xidmətlərin əhatə dairəsi və əsas təhvil verilən işlərin qısa təsviri

Müqavilənin təxmini dəyəri (ABŞ$ ekv.) / Şirkətinizə ödənilmiş məbləğ

Sifarişçinin adı və ölkəsi

Tapşırıqda rolu

1

məs., yanvar 20__ – aprel 20__

məs., “...... keyfiyyətinin yaxşılaşdırılması”

məs., ...... səmərələşdirilməsi üçün baş plan hazırlanmışdır;

məs., 1 milyon ABŞ$ / 0,5 milyon  ABŞ$

məs., ___ Nazirliyi, ______ (ölkə)

məs., A&B&C birgə müəssisəsində aparıcı tərəfdaş

2

məs., yanvar – may 20__

məs., “Yerli idarəetmə orqanına dəstək......”

məs., ...... üzrə ikinci dərəcəli normativ aktlar hazırlanmışdır.

məs., 2 milyon ABŞ$ / 0,2 milyon ABŞ$

məs., __ bələdiyyəsi, ____ (ölkə)

məs., Fərdi (müstəqil) məsləhətçi

 

Digər

Məsləhətçinin ixtisasına
Sahibkarlar Saudi Food
Azərbaycan Respublikası
Azərbaycan Respublikası...
Sahibkarlar "Gulfood 2026”...
Yaşanılabilən Bakı...
Azərbaycan Respublikasının
Sahibkarlar “Big 5...