Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Şanxay şəhərində 2025-ci ilin 5-10 noyabr tarixlərində keçiriləcək “8-ci Beynəlxalq Çin İdxal Sərgisi”ndə vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 12 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi
|
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
|
1704 |
şəkərdən hazırlanan qənnadı məmulatları (ağ şokolad daxil olmaqla), tərkibində kakao olmayan |
|
1806 |
şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları |
|
190410 |
dənli bitkilərin və ya taxıl məhsulların şişirdilməsi və ya qovurulması yolu ilə hazırlanmış hazır ərzaq məhsulları |
|
1905 |
Çörək məmulatları, qənnadı məhsulları |
|
2007 |
cemlər, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası, isti emal edilən məhsullar, o cümlədən şəkər və ya digər şirinləşdirici maddələr əlavə olunmaqla: sitrus bitkiləri (şəkər miqdarı 30 kütlə %-dən çox) |
|
2008 |
Digər meyvə, qoz-fındıq və bitkilərin yeməli hissələri, başqa şəkildə hazırlanmış və ya konservləşdirilmiş |
|
2009 |
qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş meyvə şirələri
|
|
22 |
alkoqollu və alkoqolsuz içkilər |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 3 oktyabr 2025-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvan üzrə 1 oktyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Kənan Müzəffərli
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin baş mütəxəssisi
Tel: +99412 5980147/48 (daxili 3624)
E-mail: kanan.muzaffarli@azpromo.gov.az
Mob: (+99450) 260 01 16.