Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 2025-ci ilin 24-27 noyabr tarixində keçiriləcək "Big 5 Global UAE 2025” tikinti və inşaat sənayesi sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 14 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Tikinti materialları, avadanlıq və alətlər, keramika və daş, pəncərə texnologiyaları, interyer və təmizləmə materialları.
Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİF MN məhsul kodlarına daxil olan tikinti məhsulları üzrə həyata keçiriləcək.
|
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
|
32 |
|
|
3925 |
Tikinti üçün plastik məmulatlar (qapı, pəncərə çərçivələri, panellər və s.) |
|
3917 |
Plastikdən borular, fitinqlər (santexnika üçün) |
|
4016 |
Vulkanizasiya olunmuş kauçukdan tikinti məhsulları (örtüklər, sızdırmazlıq elementləri və s.) |
|
4009 |
Kauçuk borular və hortumlar (santexnika və texniki təyinat üçün) |
|
44 |
|
|
6401 |
Sukeçirməyən altlıqlı, rezin və ya plastmassa üstlü ayaqqabı, üstlüyü altlığa birləşməyən və sapla, şpillə, mıxla, vintlə, pərçimlə, hər hansı digər analoji üsulla bərkidilməmiş ayaqqabı |
|
6403 |
Altlığı rezindən, plastmassdan, təbii dəri və ya dəri kompozisiyasından və üstü təbii dəridən olan ayaqqabılar |
|
6904 |
İnşaat kərpici, döşəmələr üçün bloklar, balka konstruksiyaların doldurulması üçün daşıyıcı keramika daşları və keramikadan olan analoji məmulatlar: |
|
6907-6908 |
Döşəmə üçün plitələr, döşəmə, soba, kaminlər və ya divarlar üçün keramik minalanmamış üzlük lövhəcikləri; mozaika işləri üçün minalanmamış keramik kubiklər və ya analoji məmulatlar, əsasda və ya onsuz: |
|
7005 |
Tikinti üçün işlənmiş şüşə (tək qat, ikiqat və s.) |
|
7008 |
Qapı-pəncərələr üçün şüşə panellər, izolyasiya olunmuş şüşə |
|
7208 |
Dəmirdən və ya aşqarlanmamış poladdan olan yastı prokat, eni 600 mm və ya daha çox, isti yayılmış, metalla örtülməmiş, qalvanik və ya digər örtüyü olmayan: |
|
7210 |
Dəmirdən və ya aşqarlanmamış poladdan, eni 600 mm və ya çox olan, metalla örtülmüş, qalvanik və ya digər örtüklü yastı prokat |
|
7214 |
Döyülmədən, isti yayılmadan, isti çəkilmədən və ya isti ekstruziyadan başqa sonrakı emala məruz qalmamış, yaymadan sonra burulmuş daxil olmaqla dəmirdən və ya aşqarlanmamış poladdan digər çubuqlar: |
|
7216 |
Dəmirdən və ya aşqarlanmamış poladdan fasonlu və xüsusi profilli künclüklər: |
|
73 |
|
|
74 |
|
|
76 |
Alüminium və ondan hazırlanmış məmulatlar |
|
78 |
Qurğuşun və ondan hazırlanmış məmulatlar |
|
81 |
Digər əsas metallar; kermetlər (keramika-metal ərintiləri); onlardan hazırlanmış məmulatlar |
|
82 |
Əsas metaldan alətlər, ləvazimatlar, bıçaqlar, qaşıq və çəngəllər; onların əsas metaldan hissələri |
|
8413 |
Nasoslar (su təchizatı və drenaj sistemləri üçün) |
|
8424 |
Səpici və təzyiqli spreylər (tikinti kimyəvi maddələri üçün |
|
8479 |
Tikinti üçün digər mexaniki qurğular (lift hissələri, kran mexanizmləri və s.) |
|
8544 |
Birləşdirici qurğularla və ya onlarsız izolyasiyalı naqillər (minalanmış və ya anodlaşdırılmış naqillər daxil olmaqla), kabellər (koaksial kabellər daxil olmaqla) və digər izolyasiyalı elektrik keçiriciləri; elektrik keçiricilərlə və ya birləşdirici elementlərlə yığılıb-yığılmamasından asılı olmayan fərdi örtüklü liflərdən təşkil olunmuş lifli-optik kabellər: |
|
9406 |
Prefabrik binalar (hazır şəkildə yığılan evlər, modul konstruksiyalar, prefabrik ofis və anbar binaları və s.) |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 10 oktyabr 2025-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvan üzrə 30 sentyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Tel: (+994 12) 598-01-47/48 (daxili - 3616);
E-mail: rana.huseynova@azpromo.gov.az;