İZİA-nın Peşə Təhsil Mərkəzində ödənişli kursların təşkilinə başlanılır

İqtisadi Zonaların İnkiafı Agentliyinin Peşə Təhsil Mərkəzində martın 1-dən “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” ixtisası üzrə 3 aylıq ödənişli kurslara start verilir. İxtisas üzrə ödəniş 600 manat təşkil edir. Kurslarda dərslər həftə içi 5 gün saat 19:00-dan 22:00-dək, şənbə günü isə saat 09:00-dan 15:00-dək təşkil ediləcək.

Bu kurslarda iştirak etmək istəyənlər fevral ayının 24-dək ərizə, şəxsiyyət vəsiqəsi və 2 ədəd foto şəkil ilə Sumqayıt Kimya Sənaye Parkında yerləşən Peşə Təhsil Mərkəzinin inzibati binasına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat üçün:

Telefon: (051) 205-97-51; (012) 525-39-57

E-poçt: info@ezda.edu.az

Sayt: www.ezda.edu.az

 

Qeyd edək ki, yaxın vaxtlarda Peşə Təhsil Mərkəzində, həmçinin aşağıdakı ixtisaslar üzrə 3 aylıq ödənişli kurslara start veriləcək:

  • İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;
  • SMAW,MIG/MAG,TIG üsulları üzrə Qaynaqçı;
  • Proqramla idarə olunan dəzgahların operatoru;
  • Torna dəzgahının operatoru;
  • Frez dəzgahının operatoru;
  • Elektromexanika üzrə usta;
  • Python proqramlaşdırma;
  • Linux Redhat inzibatçılıq;
  • Yardım masası (Help Desk) üzrə mütəxəssis;
  • Kibertəhlükəsizlik mütəxəssisi.