“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Beynəlxalq ticarət işçi qrupunun növbəti iclası keçiriləcək

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Beynəlxalq ticarət işçi qrupunun 28 noyabr 2022-ci il tarixində videokonfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin işçi qrup üzvlərinə təqdim edilməsi, Yol Xəritəsinin icrası üçün işçi qrupun işinin növbəti mərhələsinin təşkili ilə bağlı məsələlərin müzakirə edilməsi planlaşdırılır.

İclasda dövlət orqanlarının, ticarət və sənaye palatalarının və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edəcəkdir.

Qeyd olunan fəaliyyət sahəsi üzrə maraqlı olan şəxslər www.azranking.az internet səhifəsinin “Onlayn müraciət” bölməsinə daxil olaraq müraciət edə bilərlər.