Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond

 

Təşkilatın adı

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD)

Təşkilata dair ümumi məlumat

  • Yaranma tarixi: noyabr 1977-ci il
  • Prezident:Alvaro Lario (Oktyabr 2022-dən)
  • Baş ofisi: Roma, İtaliya
  • Missiyası: xüsusilə kənd yerlərində yoxsulluğun azaldılması və ərzaq təhlükəsizliyini gücləndirmək məqsədilə kiçik ev təsərrüfatlarına və kənd icmalarına uzunmüddətli maliyyə və texniki dəstək (qrant) verir.
  • Üzvlərin sayı:180 ölkə
  • Aktivlərin dəyəri:12,37 mlrd. $ (31.12.2024)

· 5 regionda və 92 ölkəni əhatə etməklə (49 ölkədə 51 ofisi var) yoxsulluq və aclığın dərin hiss edildiyi yerlərdə fəaliyyət göstərir.

· Təsis edildiyi tarixdən bugünədək 78,6 milyon insana 24 mlrd. $ həcmində kredit və qrantlar ayrılmışdır.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· 11 aprel 1994-cü il tarixində Azərbaycanla IFAD arasında təşkilata qoşulma haqqında saziş imzalanmış, 1997-ci ildən etibarən Azərbaycan rəsmi olaraq təşkilatla əməkdaşlığa başlamışdır.

  • 5 layihə üzrədövlət zəmanətli kreditlərcəlb edilmiş və həmin layihələrin icrası başa çatmışdır.