Avropa İttifaqı və Azərbaycan

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin hüquqi çərçivəsi

Təşkilatın adı

Avropa İttifaqı (Aİ)

Təşkilata dair ümumi məlumat

  • Yaranma tarixi:1 noyabr 1993-cü il
  • Baş ofisi: Brüssel

· Avropa İttifaqının əsas qərarverici qurumları:

- Avropa Parlamenti

- Avropa İttifaqı Şurası

- Avropa Zirvəsi

- Avropa Komissiyası

  • Üzv ölkələrin sayı:İttifaqın 27 üzvü vardır.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

 

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin hüquqi çərçivəsi:

· 1996-cı il 22 aprel tarixində imzalanmış, 1999-cu il 1 iyul tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS);

· 2006-cı il 14 noyabrda qəbul olunmuş Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı;

· 2006-cı il 7 noyabr tarixində imzalanmış Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu;

· 2008-ci il 16 iyun tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişi;

· 2009-cu il 7 may tarixində imzalanmış Şərq Tərəfdaşlığı Bəyannaməsi;

· 2011-ci il 13 yanvar tarixində imzalanmış Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair “Birgə Bəyannamə”;

· 2011-ci il 13 yanvar tarixində imzalanmış Azərbaycan və Aİ arasında Cənub Qaz Dəhlizi üzrə İşçi Qrupunun yaradılmasına dair Niyyət Protokolu;

· 2011-ci il 13 yanvar tarixində imzalanmış Aİ-nin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Avropa Komissiyası və Azərbaycan Respublikası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama (MİP) dair Anlaşma Memorandumu;

· 2011-ci il 13 yanvar tarixində imzalanmış Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikası və Aİ arasında Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramının Çərçivə Sənədinə dair Anlaşma Memorandumu;

· 2013-cü il 29 noyabr tarixində imzalanmış "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Saziş;

· 2014-cü il 28 fevral tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş";

· 2014-cü il 14 iyun tarixində “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Azərbaycanın İttifaq proqramlarındakı iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə, bir tərəfdən Avropa Birlikləri və onların üzv dövlətləri, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə Protokol”. Protokol 2016-cı il 14 iyun tarixində qüvvəyə minmişdir;

· 2018-ci il 11 iyul tarixində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq Prioritetləri sənədi paraflanmış, 28 sentyabr tarixində qüvvəyə minmişdir;

· 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

Avropa İttifaqının yardım alətləri

2007-2013-cü illər arasında Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA), 2014-2021-ci illər arasında Avropa Qonşuluq Aləti (AQA) tətbiq olunmuşdur. 2022-ci ildən etibarən isə Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Aləti (QİBƏA) tətbiq olunur. Bu alət çərçivəsində Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün tvinninq, texniki yardım, TAİEX və digər alətlər vasitəsilə yardım göstərilməsi nəzərdə tutulur.

QİBƏA çərçivəsində Azərbaycana göstəriləcək yardımlar Avropa İttifaqının 2021-2027-ci illər üzrə Azərbaycan üçün Çoxillik İndikativ Proqramda müəyyən olunan aşağıdakı prioritet sahələrə yönləndiriləcəkdir:

· dayanıqlı və inteqrasiya olunmuş iqtisadiyyatlar;

· hesabatlı institutlar, qanunun aliliyi və təhlükəsizlik;

· ətraf mühit və iqlim dayanıqlılığı;

· davamlı rəqəmsal transformasiya;

· dayanıqlı, gender bərabərli, ədalətli və inklüziv cəmiyyətlər.

Tvinninq aləti

Tvinninq Avropa İttifaqına üzv dövlətin və benefisiar ölkənin dövlət qurumları arasında əməkdaşlığa əsaslanan institusional quruculuq alətidir. Bu alət milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyi və standartlarına uyğun təkmilləşdirilməsi və tətbiqi, həmçinin benefisiar ölkənin müvafiq dövlət qurumunun inzibati və institusional quruculuq məsələləri ilə yanaşı, işçilərin bilik və səriştəsinin artırılması və kadr potensialının gücləndirilməsi kimi komponentləri də əhatə edir. 2010-cu ildə İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu layihə Avropa Komissiyası tərəfindən ən uğurlu 4 layihədən biri, 2011-ci ildə isə Milli Məclisin benefisiarı olduğu layihə ən uğurlu 3 layihədən biri hesab edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin benefisiarı olduğu tvinninq layihəsi 2014-cü il ərzində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin benefisiarı olduğu tvinninq layihəsi 2016-cı il ərzində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin benefisiarı olduğu tvinninq layihəsi 2018-ci il ərzində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin benefisiarı olduğu tvinninq layihəsi 2019-cu il ərzində Aİ tərəfindən bütün ölkələrdə həyata keçirilən layihələr arasında ən uğurlu layihələrdən biri kimi seçilmişdir.

Ümumilikdə 56 Tvinninq layihəsi icra olunmuşdur.

Texniki yardım aləti

Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi:

· Benefisiar: İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri

  • Müddət: 2021-2024

TAİEX aləti

Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAİEX) Avropa Komissiyası tərəfindən idarə edilən institusional quruculuq alətlərindən biridir. Bu alət, 1996-cı ildə Aİ-nin Üzv Dövlətlərinin dövlət qurumları tərəfindən Avropa İttifaqına qoşulmağa hazırlaşan ölkələr üçün bütün sahələr üzrə Aİ qanunvericiliyinə dair texniki ekspertizanın təmin edilməsi məqsədilə tətbiq edilməyə başlamışdır.

· 2011-ci ildə 34 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 10-u Azərbaycanda seminarın keçirilməsi, 15-i ekspert missiyası, 9-u isə təlim səfəridir.

· 2012-ci ildə 39 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 12-si Azərbaycanda seminarın keçirilməsi, 16-sı ekspert missiyası, 11-i isə təlim səfəridir.

· 2013-cü ildə 50 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 16-sı Azərbaycanda seminarın keçirilməsi, 20-si ekspert missiyası, 14-ü təlim səfəridir.

· 2014-cü ildə 21 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 6-sı Azərbaycanda seminarın keçirilməsi, 10-u ekspert missiyası və 5-i təlim səfəridir.

· 2015-ci ildə 54 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 17-si Azərbaycanda seminarın keçirilməsi, 21-i ekspert missiyası və 16-sı təlim səfəridir.

· 2016-cı ildə 33 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 13-ü Azərbaycanda seminarın keçirilməsi, 6-sı ekspert missiyası və 14-ü təlim səfəridir.

· 2017-ci ildə 71 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 17-i Azərbaycanda seminarın keçirilməsi, 22-i ekspert missiyası, 30-u təlim səfəri, 2-i isə tədbirlər silsiləsidir.

· 2018-ci ildə 100 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 24-ü Azərbaycanda seminarın keçirilməsi, 33-ü ekspert missiyası, 37-si təlim səfəri, 6-sı isə tədbirlər silsiləsidir.

· 2019-cu ildə 22 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 3-ü Azərbaycanda seminarın keçirilməsi, 9-u təlim səfəri, 7-si ekspert missiyası, 3-ü isə tədbirlər silsiləsidir.

· 2020-ci ildə 23 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 9-u Azərbaycanda seminarın keçirilməsi, 4-ü təlim səfəri, 10-u isə ekspert missiyasıdır.

· 2021-ci il ərzində 26 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 11-i Azərbaycanda seminarın keçirilməsi, 8-i təlim səfəri, 7-si isə ekspert missiyasıdır.

· 2022-ci il ərzində 29 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 9-u Azərbaycanda seminarın keçirilməsi, 11-i təlim səfəri, 9-u isə ekspert missiyasıdır.

· 2023-cü il ərzində 40 TAİEX müraciəti Avropa Komissiyasına təqdim edilmişdir. Bu müraciətlərdən 13-ü təlim səfəri, 8-i seminar, 16-sı ekspert missiyası, 3-ü isə tədbirlər silsiləsidir.

SİGMA

 

Dövlət İdarəçiliyinin və İdarəetmənin Təkmilləşdirilməsinə Dəstək Proqramı (SİGMA) Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü ilə həyata keçirilir və əsasən Aİ tərəfindən maliyyələşdirilir. Proqram dövlət satınalmaları daxil olmaqla, dövlət idarəçiliyinin və idarəetmə sisteminin təkmilləşdirilməsini dəstəkləyir.

Ümumilikdə 15 SİGMA layihəsi həyata keçirilmişdir.