Almaniya İnkişaf Bankı

 

KfV ilə əməkdaşlığa 1994-cü ildən başlanılmışdır. 1997-ci ildə Bankın Azərbaycan üzrə yerli ofisi açılmışdır.

 

Almaniya İnkişaf Bankı  (KfV) tərəfindən Azərbaycanda həyata keçirilən layihələr haqqında

Təşkilatın adı

Almaniya İnkişaf Bankı (KfW)

Təşkilata dair ümumi məlumat

· Kreditanstalt für Wiederaufbau (KfW) – “Bərpa üzrə Kredit İnstitutu” 1948-ci ildə təsis edilmiş və iqtisadi və sosial şəraitin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, təbii sərvətlərin mühafizəsi və dünyada sülhün təmin olunması istiqamətində investisiya və məsləhətçi xidmətlərin göstərilməsi vasitəsilə yerli hökumət və özəl sektorla əməkdaşlığı həyata keçirir;

· Bankın səhmlərinin 80%-i Almaniya Hökumətinə məxsusdur. Bank Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) adından fəaliyyət göstərir;

· Baş ofisi Almaniyanın Frankfurt şəhərində yerləşir;

· KfW-nin İdarə Heyətinin sədri 2021-ci ildən Stefan Vintelsdir. KfW Bankı dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir;

· Bank əsasən sosial-iqtisadi infrastruktur (enerji təchizatı, nəqliyyat, telekommunikasiya), kənd təsərrüfatı və resursların mühafizəsi, kiçik və orta müəssisələrin kreditlə təmin olunması sahələrində fəaliyyət göstərir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· KfW Bankı Azərbaycanla 1994-cü ildən əməkdaşlıq etməyə başlamışdır. 1998-ci ildə Bankın Azərbaycanda daimi nümayəndəliyi fəaliyyət göstərmişdir.

· KfW tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin başa çatması ilə əlaqədar olaraq Bankın Azərbaycandakı ofisi 2021-ci ilin yanvar ayından fəaliyyətini dayandırmışdır.

· İndiyə qədər KfW Azərbaycanda müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi və məsləhət xidmətlərinin göstərilməsini həyata keçirmişdir.

  • 11 layihə üzrədövlət zəmanətli kreditcəlb edilmiş və həmin layihələrin icrası başa çatmışdır.