İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi

Təşkilatın adı

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi

Təşkilata dair ümumi məlumat

· İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 1992-ci ildə təsis olunmuşdur. Baş ofisi İsveçrənin Bern şəhərində yerləşir.

· SECO 24 ölkədə fəaliyyət göstərir.

· Direktoru 2022-ci ilin 1 avqust tarixindən Helena Badliger-Artiyedadır.

· SECO-nun vəzifəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, həmçinin Avropa İttifaqına yeni üzv qəbul olunmuş ölkələrin iqtisadiyyat və ticarət meyarlarını planlaşdırmaq və həyata keçirməkdir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· SECO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri 1990-cı illərin ortalarından yaranmışdır. Texniki və maliyyə əməkdaşlığı üzrə ikitərəfli layihələr 1998-ci ildən başlayaraq həyata keçirilməkdədir.

· SECO-nun Azərbaycan üzrə proqramı əsasən infrastruktur, özəl sektorun inkişafı, siyasi məsləhət və potensialın artırılması sahələrini əhatə edir.

· Regional layihələr də daxil olmaqla Azərbaycanda bu günə kimi 91 layihənin icrası başa çatmışdır.

· Hazırda SECO tərəfindən maliyyələşdirilən 7 layihənin icrası davam edir:

- Maliyyə sektorunun müasirləşdirilməsi proqramı 3-cü faza;

- Qlobal Vergi Fondu 2-ci faza;

- Hökumət borcları və risklərin idarəedilməsi proqramı ;

- Mərkəzi Banklar üçün ikitərəfli yardım və potensialın gücləndirilməsi 3-cü faza;

- Borcların idarəedilməsi və maliyyə analizi sistemi;

- Orta müddətli xərclər çərçivəsi üzrə potensialın gücləndirilməsi.

- Qlobal Maliyyə İnfrastruktur Proqramı 2-ci faza.