Bakıda IT-Academy-nin rəsmi açılışı olacaq

5 noyabr 2022-ci il tarixində saat 14:00-da “Hilton Baku” hotelində Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə IT-Academy-nin rəsmi açılış mərasimi keçiriləcək.

Tədbirdə Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin nümayəndələri, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru, həmçinin IT-Academy-nin tərəfdaşları olan “Baku Steel Company”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təmsilçiləri çıxış edəcəklər.

Tədbirin ikinci hissəsində isə, qabaqcıl İT mütəxəssisləri sahə ilə bağlı bilik və təcrübələrini bölüşəcək, “Sıfırdan karyera: İT sahəsində fəaliyyətə necə başlamaq olar?" və "Azərbaycanda İT-nin inkişaf perspektivləri" mövzularında müzakirələr təşkil ediləcək. Tədbirdə həmçinin, IT-Academy kurslarının təqdimatı olacaq və tədbir iştirakçılarına ətraflı məlumat veriləcəkdir.

Tədbirdə iştirak üçün aşağıdakı link vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək lazımdır:

http://it-academy.az/opening?utm_source=press