Bu ilin 9 ayı ərzində 259798 çıxarış verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 259.798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% çoxdur.

9 aylıq göstəricinin 63.315-i (24,4%) ilkin,196.483-ü (75,6%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36.718-i fərdi yaşayış və bağ evi, 65.872-si mənzil, 148.840-ı torpaq sahəsi, 2.636-sı qeyri-yaşayış binası, 5.101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 9 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,2%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 32.327 olub.

Göstəricilər

2021
yanvar-sentyabr

2022
yanvar-sentyabr

Ötən ilin müvafiq dövrünə nisbətən

+ / -

% - lə

Dövlət qeydiyyatının sayı

CƏMİ

219968

259798

39830

18,1%

ilkin qeyd

48607

63315

14708

30,3%

təkrar qeyd

171361

196483

25122

14,7%

Fərdi yaşayış və bağ evi

ilkin qeyd

11844

11746

-98

-0,8%

təkrar qeyd

23416

24972

1556

6,6%

Mənzillər

ilkin qeyd

21844

16799

-5045

-23,1%

təkrar qeyd

44919

49073

4154

9,2%

Torpaq sahələri

ilkin qeyd

11632

32327

20695

177,9%

təkrar qeyd

97121

116513

19392

20%

Qeyri yaşayış binası

ilkin qeyd

269

387

118

43,9%

təkrar qeyd

2291

2249

-42

-1,8%

Qeyri-yaşayış sahəsi

ilkin qeyd

2929

1960

-969

-33,1%

təkrar qeyd

3111

3141

30

1%

Əmlak kompleksi

ilkin qeyd

74

87

13

17,6%

təkrar qeyd

483

502

19

3,9%

Çoxmərtəbəli yaşayış binaları

ilkin qeyd

15

9

-6

-40%

təkrar qeyd

20

32

12

60%

Çoxillik əkmələr

ilkin qeyd

0

0

0

 

təkrar qeyd

0

1

1

 

 

Bu ilin 9 ayı ərzində 203.254 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,3% artım deməkdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% artaraq 51.347 olub.