Pakistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının Sənayelər və İstehsalat Nazirliyinin katibi İmdadullah Bosal və Pakistan Ticarət Korporasiyasının sədri Rafeo Bəşir Şah ilə görüşüb.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeenin də iştirak etdiyi görüşdə iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə birgə layihələrin icrasının əhəmiyyəti qeyd olunub, Azərbaycanda istehsal olunan kimya sənayesi məhsullarının Pakistana ixracı, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti imkanları barədə fikir mübadiləsi aparılıb.