Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının, Nankin və Sian şəhərlərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin birgə təşkilatçılığı ilə Azərbaycan şərablarının tanıdılmasına həsr olunmuş tədbirlər keçirilib.
Çinin Nankin və Sian şəhərlərində Azərbaycan şərablarının tanıdılması məqsədilə tədbirlər keçirilib. 27 noyabr-4 dekabr tarixlərində keçirilən tədbirlər Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının, Nankin və Sian şəhərlərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan şərablarının Çin bazarında tanıdılması, ölkəmizin ixrac potensialının artırılması və bazara çıxış imkanlarının genişləndirilməsinə töhfə verməkdir.
Tədbirlərdə çinli şərab idxalçıları və alıcılarına Azərbaycan şərablarının qədim tarixi, hazırda ölkəmizdə şərabçılığın inkişafı üzrə görülən işlər barədə məlumat verilib. Həmçinin tanınmış şərab mütəxəssisi Kevin Dinq tərəfindən master-klass və şərab dequstasiyaları keçirilib.
Tədbirlər çərçivəsində potensial çinli tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur