Azərbaycanda “Konstitusiya və Müstəqillik İli" çərçivəsində İstanbulda iş adamları ilə keçirilən görüşdə ölkəmizin işgüzar mühiti haqqında türkiyəli özəl sektor təmsilçiləri və investorlara məlumat verilib.
Azərbaycanda “Konstitusiya və Müstəqillik İli" çərçivəsində İstanbulda iş adamları arasında görüş təşkil olunub. Azərbaycanın Türkiyədə Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkənin özəl sektor təmsilçiləri və investorlar iştirak ediblər.
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev ölkələrimiz arasında əməkdaşlığın və qardaşlıq bağlarının iqtisadi sahədə də gücləndiyini vurğulayıb, Azərbaycanın biznes və investisiya mühiti haqqında iştirakçılara məlumat verib.
“SOCAR Türkiyə” şirkətinin icraçı direktoru Elçin İbadov təmsil etdiyi qurumun ölkələrimiz arasındakı iqtisadi əlaqələrdə strateji rolu və investisiya tərəfdaşlığının inkişaf perspektivlərindən bəhs edib.
Türkiyədə Azərbaycan İş Adamları Birliyinin İdarə Heyətinin sədri Elşən Quliyev və İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay Azərbaycan və Türkiyə işgüzar dairələri arasında yeni birgə layihə və əməkdaşlıq imkanları barədə fikirlərini bildiriblər.
Tədbirdə Azərbaycanın investisiya və ticarət imkanlarına dair videoçarx nümayiş olunub, həmçinin ölkəmizin işgüzar mühiti haqqında təqdimat keçirilib, suallar cavablandırılıb.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur