Ankarada təşkil olunan “Azərbaycana yatırım fürsətləri” mövzusunda tədbirdə ölkəmizin investisiya imkanları barədə məlumat verilib, Türkiyə ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı, Türkiyə Ticarət və Sənaye Palataları Birliyi və ölkəmizin Türkiyədə Səfirliyinin birgə təşkilatçılığı ilə Ankarada "Azərbaycana yatırım fürsətləri" mövzusunda tədbir keçirilib.
Azərbaycanın Türkiyədə səfiri Rəşad Məmmədov, ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev və Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin rəhbəri Rıfat Hisarcıklıoğlu tədbirdə çıxış ediblər. Natiqlər Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, sərmayə qoyuluşu sahələrində yeni imkanlar, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin investisiya potensialı və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri barədə fikirlərini bildiriblər.
Tədbirdə Azərbaycanın sərmayə imkanlarını tanıdan videotəqdimat nümayiş olunub, investisiya tərəfdaşlığının möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur