Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşüb.
Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyi və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyi bildirilib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyinin, dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər həmçinin, AİİB-nin ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparıblar.