İqtisadiyyat Nazirliyinin minifutbol komandası qələbə qazanıb

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri davam edir. Yarışın 2-ci mərhələsində B qrupunun ilk oyunu keçirilib. Oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası ilə qarşılaşan İqtisadiyyat Nazirliyinin komandası 5:1 hesabı ilə qalib gəlib.