Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri ilə görüş keçirilib

Moldova ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 32-ci İllik Toplantısı çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə görüşüb.

Tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi vurğulanıb, iqtisadi tərəfdaşlığın gücləndirilməsi üçün potensial diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimiz arasında investisiya, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları və əməkdaşlığın yeni istiqamətləri barədə müzakirə aparılıb.