“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihəni həyata keçirəcək.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması layihəsi həyata keçiriləcək. Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 mln. ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcəkdir.

 


 

Qeyd: Macarıstanın 2006-cı ildə əsası qoyulmuş “Hell Energy” şirkətinin məhsulları dünyanın 50-dən çox ölkəsində istehlakçılara təklif olunur. Şirkət içki qutularının istehsalı və doldurulması üzrə də müasir zavodlara malikdir.