AYİB-lə əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanla görüşüb.

Nazir müavini Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-in etibarlı tərəfdaş olduğunu, ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyini vurğulayıb. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

AYİB-in Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman Bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib, Azərbaycanda aparılan iqtisadi islahatların Bank tərəfindən dəstəkləndiyini bildirib.

Tərəflər tərəfdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və perspektiv əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.