Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəsi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, xarici ölkələrdə ticarət nümayəndələri təyin olunur.

2017-ci ilin fevral ayında Ruslan Əliyev Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəsi təyin edilib.

Rusiya Federasiyasında ticarət nümayəndəsi ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və Rusiya Federasiyası  investisiyalarının cəlb olunmasında önəmli rol oynayır.

Bu sahədə böyük təcrübəyə malik R.Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. R.Əliyev Azərbaycanın Rusiyadakı səfirliyində, Xarici İşlər Nazirliyinin Razılaşma-Hüquq idarəsinin beynəlxalq-hüquqi məsələlər üzrə çoxtərəfli əməkdaşlıq şöbəsində, Azərbaycan Dövlət Neft Şirkətində Xarici Sərmayələr İdarəsində, Azərbaycan və Rusiyada sığorta sahəsində rəhbər vəzifələrdə işləyib. Hazırda Azərbaycanın ticarət nümayəndəsi olmaqla yanaşı, həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun R.Əliyevin təşəbbüsü ilə yaradılmış "Təbiətdən istifadənin beynəlxalq kompleks problemləri və ekologiya" kafedrasının müdiridir. Energetika, ekologiya və sığorta sahəsində bir sıra dərslik və məqalənin müəllifi və həmmüəlifidir. İngilis və rus dillərini sərbəst bilir.

Rusiya Federasiyasında  ticarət nümayəndəsinin  əlaqə vasitələri:

Tel: +74952903634, +74992903634

ruslan.aliyev@economy.gov.az