Fransa İnkişaf Agentliyi

Təşkilatın adı

Fransa İnkişaf Agentliyi (əvvəlki Azad Fransa üçün Mərkəzi Fond)

Təşkilata dair ümumi məlumat

  • Yaranma tarixi:1941-ci il (1998-ci ildə yenidən təşkil olunmuşdur)
  • Baş icraçı director:Remi Riouks (İyun 2016)
  • Baş ofisi: Paris, Fransa

· 85 ofislə 5 qitədə fəaliyyət göstərir.

· FİA Fransanın dənizaşırı ərazilərində və 160 ölkədə 4000-dən çox layihədə iştirak edir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· 7 oktyabr 2011-ci il tarixində Azərbaycan ilə FİA arasında Anlaşma Memorandumu imzalanmışdır.

· Anlaşma Memorandumu çərçivəsində Agentlik tərəfindən şəhər infrastrukturunun, xüsusilə su təchizatı və tullantılarının idarə olunması, nəqliyyat, turizm və təmiz və bərpa olunan enerji sektorları ilə yanaşı kənd təsərrüfatı və aqrar sənaye kimi prioritet sahələrin dəstəklənməsi nəzərdə tutulmuşdur.

  • 3 layihə üzrədövlət zəmanətli kreditcəlb edilmiş və həmin layihələrin icrası başa çatmışdır.