Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi

Təşkilatın adı

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi

Təşkilata dair ümumi məlumat

· Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Yaponiya Hökuməti adından inkişaf etməkdə olan ölkələrdə iqtisadi və sosial inkişafı dəstəkləyən müstəqil Agentlikdir;

  • JICA 1974-cü ildə təsis edilmişdir;

· Baş ofisi Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. JICA-nın Prezidenti 2015-ci ilin oktyabr ayından etibarən Tanaka Akihikodur;

· 2008-ci ilin oktyabr ayında Yaponiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Bankı ilə birləşdikdən sonra JICA texniki yardımlarla yanaşı güzəştli kreditlərin ayrılması fəaliyyətinə başlamışdır;

· Yaponiyanın inzibati islahatları nəticəsində Hökumətin xüsusi dövlət institutundan müstəqil inzibati instituta çevrilmiş JICA Yaponiyanın ODA (Official Development Assistance – Rəsmi İnkişafa Yardım) proqramı çərçivəsində inkişaf etməkdə olan ölkələrə kənd təsərrüfatı, sosial infrastrukturun inkişafı, su və enerji təchizatı üzrə maliyyə yardımı göstərir.

· Hazırda JICA 150-dən çox ölkədə fəaliyyət göstərir, 97 ölkədə əlaqələndirmə ofisi vardır.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· JICA Azərbaycanla əməkdaşlığa 1998-ci ildən başlamışdır;

· JICA-nın Azərbaycanda Korrespondent Ofisi 2009-cu ilin sentyabr ayından fəaliyyət göstərir.