Təşkilatın adı |
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) |
Təşkilata dair ümumi məlumat |
· BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı1945-ci ildə yaradılmışdır;
· Əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış qurumudur; · 191 ölkədə fəaliyyət göstərir və 130-dan çox ölkədə nümayəndəliyə malikdir. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Azərbaycan 20 oktyabr 1995-ci il tarixindən FAO-nun üzvüdür; · Azərbaycanda FAO-nun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir; · Əlaqələndirmə ofisinin səlahiyyətlərini 2015-ci ilin payızından etibarən Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi həyata keçirir; · FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhammad Nasar Hayatdır; · FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan Hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək almışdır; · Hazırda FAO tərəfindən Azərbaycanda 17 layihə həyata keçirilir.
- Aqrar Xidmətlər Agentliyinin struktur islahatı və strateji inkişafına dəstək; - Aqrar Xidmətlər Agentliyinin nəzdində Toxumçuluq və AqroKimya Laboratoriyasının və Sertifikatlaşdırma Xidmətinin Təkmilləşdirilməsi; - FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı üçün Təbliğat Fəaliyyətləri və Layihəyə Hazırlıq; - Torpaqların tərk olunması probleminin həlli və torpaqların konsolidasiyası prosedurlarının təkmilləşdirilməsi məqsədilə kənd təsərrüfatı torpaqları bazarının inkişaf etdirilməsi; - İqlim dəyişikliyinin təsirini vurğulamaqla Mərkəzi Asiyanın aqro-ərzaq sektorunda su siyasətinin dəstəklənməsi; - Buğda pasına qarşı mübarizə üçün regional əməkdaşlığın və milli potensialın gücləndirilməsi; - Mərkəzi Asiya ölkələri, Türkiyə və Azərbaycanda pestisidlər və onların istifadəsinin idarə edilməsi; - Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: Qabaqcıl nəzarət və idarəetmə vasitəsilə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin möhkəmləndirilməsi; - Ətraf mühitin inkişafı və davamlılıq üçün meşələrin bərpasının təkmilləşdirilməsi; - Qafqaz və Mərkəzi Asiyada çəyirtkə fəlakəti risklərinin azaldılması; - Azərbaycanda torpaq deqradasiyasının neytrallaşdırılmasına doğru; - İnteqrasiyalı icma inkişafı yolu ilə Ağıllı Kəndlər konsepsiyasının icrasına dəstək; - Rəqabətliliyin artırılması naminə aqrar kooperativlərin təşviq edilməsi; - Kənd yerlərində yaşayış səviyyəsinin yüksəldilməsi üçün məşğulluq imkanlarının araşdırılması; - Əməkdaşlığın gücləndirilməsi üçün ehtiyac və imkanların qiymətləndirilməsi; - COP 29 təşəbbüsləri kimi iqlim dəyişmələrinə davamlı və az karbon emissiyalı aqro-ərzaq sistemləri ilə bağlı bacarıqların gücləndirilməsi; - Rəqəmsal Aqri-sensus 2025 ilə bağlı hazırlıq və icra üzrə bacarıqların artırılması. |