Təşkilatın adı |
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) |
Təşkilata dair ümumi məlumat |
· Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) 1965-ci ildə BMT-nin Texniki Yardım üzrə Genişlənmə Proqramı və BMT-nin Xüsusi Fondunun birləşməsi əsasında yaradılmışdır; · Baş Ofisi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşir; · Rəhbəri 19 iyun 2017-ci ildən etibarən Axim Ştaynerdir. UNDP dünyanın 177 ölkəsində fəaliyyət göstərir. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· UNDP 1992-ci ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və BMT-yə üzvlükdən sonra ölkədə fəaliyyətə başlayan ilk BMT qurumudur; · Alessandra Rokkasalvo 2023-cü ilin oktyabr ayından UNDP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edir. · Hazırda UNDP-nin ölkəmizdə əsas fəaliyyəti dayanıqlı iqtisadi inkişaf və layiqli məşğulluq, insan kapitalının gücləndirilməsi, ətraf mühit üzrə idarəçilik, habelə təbii fəlakətlər və fövqəladə hallara qarşı dayanıqlılıq sahələrini əhatə edir. Qeyd olunan sahələrdə təşkilat tərəfindən hazırda 20 layihə icra olunur.
- Milli Adaptasiya Planı çərçivəsində Azərbaycanda adaptasiyanın planlaşdırılması və həyata keçirilməsinə yardım; - Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək (III faza); - Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi; - Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək (gender əsaslı zorakılıq komponenti); - Bölgələrdə davamlı turizmin inkişafına dəstək; - “EU4Mayors” regional layihəsi - İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması; - Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi; - Tikintilərə elektron nəzarət sisteminin yaradılması; - NextGen; - Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Potensialın Gücləndirilməsi vasitəsilə Məcburi Köçkünlərin təhlükəsiz qayıtmasının dəstəklənməsi layihəsi; - Məcburi köçkünlərin və həssas icmaların iqtisadi və sosial səlahiyyətlərinin artırılması; - Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması; - Biomüxtəlifliyin maliyyələşdirilməsi; - Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək; - Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi; - Heç kəs kənarda qalmamalı: əlillik inklyuzivliyinə keçidə tələb olunan mühitin yaradılması; - Qadınların iqtisadi səlahiyyətləndirilməsi; - Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhalinin müdafiəsi, yaşayış vasitələri və iqtisadi təhlükəsizliyi üçün erkən bərpa yardımının təminatı; - Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı. |