Təşkilatın adı |
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) |
Təşkilata dair ümumi məlumat |
· 1991-ci ildə yaradılmışdır; · Baş qərargahı London şəhərində yerləşir; · 71 ölkə Avropa İnvestisiya Bankı və Avropa İttifaqı Bankın üzvüdür; · Bankın prezidenti: Odil Reno-Basso;
· Əsas məqsədi Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən yeni müstəqillik əldə etmiş ölkələrdə (keçmiş Sovet ölkələrində) açıq bazar iqtisadiyyatına keçidə kömək göstərmək, özəl sektora və sahibkarlığa dəstək verməkdir. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· Azərbaycan 1992-ci ilin 25 sentyabr ayından Bankın üzvüdür. · 12 iyul 2023-cü il tarixindən Bankın Bakı Rezident Ofisinin Daimi rəhbəri Natali Muravidzedir.
- Azərbaycanda bərpa olunan enerji hərraclarının həyata keçirilməsinə dəstək; - Gəncə şəhərində küçələrin işıqlandırılması layihəsi üzrə Qrant Sazişi; - Azərbaycan Respublikasının Elektroenergetika Sektorunun İnkişafı ilə bağlı Texniki Dəstəyə dair Anlaşma Memorandumu; - “Gəncə şəhərində küçələrin işıqlandırılması layihəsinin icrasına dəstək” Qrant Müqaviləsi”; - “Gəncə şəhərində bərk məişət tullantıları layihəsinin icrasına dəstək” Qrant Müqaviləsi”. |