Asiya İnkişaf Bankı

Təşkilatın adı

Asiya İnkişaf Bankı (ADB)

Təşkilata dair ümumi məlumat

·         Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılmışdır. Baş ofisi Filippinin Manila şəhərində yerləşir. Yaponiya Bankın ən iri səhmdarı olduğu üçün Bankın prezidenti daima Yaponiya təmsilçisi olur;

·         2013-cü ilin aprel ayından etibarən təşkilata Masatsugu Asakawa rəhbərlik edir;

·         Asiya İnkişaf Bankını maliyyələşdirən 67 üzv-ölkə vardır ki, bunlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

·         Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu il tarixində üzv olmuş və təşkilatın ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyət göstərir;

·         Hazırda, AİB tərəfindən 10 texniki yardım layihəsi həyata keçirilir;

·         AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində 8 regional texniki yardım layihəsi həyata keçirilir.

·         Cari layihələr:

-      İqtisadi Diversifikasiya Sektorunun İnkişafı Proqramının Müasirləşdirilməsi üzrə Peşə Təhsili və Təlimin Hazırlanması;

-      Azərbaycan Dövlət - Özəl Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Fondunun dəstəklənməsi;

-      Vergi siyasəti və idarəetmə potensialının gücləndirilməsi;

-      İqtisadi diversifikasiya üçün qeyri-bank maliyyəsi və alternativ maliyyə alətlərinin inkişafı;

-      Dövlət sektorunda idarəetmə islahatına dəstək;

-      Naxçıvan Muxtar Respublikasında irriqasiya və drenaj sisteminin inkişafı layihəsi üzrə texniki dəstək;

-      Yerli Texnoloji Startapların İnkişafının Təşviqi üzrə Bilik və Dəstək Texniki Yardımı;

-      Daha effektiv iqtisadi siyasət üçün biliyin idarəolunmasının gücləndirilməsi;

-      COVID-19 Aktiv Müdaxilə və Xərclərə Dəstək Proqramı;

-      Dəmiryolu Tranziti Əməliyyatlarına və İnvestisiya Planlaşdırılmasına Dəstək.