Almaniya İnkişaf Bankı

Təşkilatın adı

Almaniya İnkişaf Bankı (KfW)

Təşkilata dair ümumi məlumat

· Kreditanstalt für Wiederaufbau (KfW) – “Bərpa üzrə Kredit İnstitutu” 1948-ci ildə təsis edilmiş və iqtisadi və sosial şəraitin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, təbii sərvətlərin mühafizəsi və dünyada sülhün təmin olunması istiqamətində investisiya və məsləhətçi xidmətlərin göstərilməsi vasitəsilə yerli hökumət və özəl sektorla əməkdaşlığı həyata keçirir;

· Bankın səhmlərinin 80%-i Almaniya Hökumətinə məxsusdur. Bank Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) adından fəaliyyət göstərir;

· Qrant və texniki yardımlarla yanaşı KfW həmçinin digər Avropa ölkələrinin banklarına iri həcmli kreditlərin ayrılması ilə də məşğul olur.

  • Baş ofisi Almaniyanın Frankfurt şəhərində yerləşir;

· KfW-nin İdarə Heyətinin sədri 2008-ci ildən Ulrix Şröderdir. KfW Bankı dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir;

· Bank əsasən sosial-iqtisadi infrastruktur (enerji təchizatı, nəqliyyat, telekommunikasiya), kənd təsərrüfatı və resursların mühafizəsi, kiçik və orta müəssisələrin kreditlə təmin olunması sahələrində fəaliyyət göstərir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· KfW Bankı Azərbaycanla 1994-ci ildən əməkdaşlıq etməyə başlamışdır. 1998-ci ildə Bankın Azərbaycanda daimi nümayəndəliyi fəaliyyət göstərmişdir.

· İndiyə qədər KfW Azərbaycanda müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi və məsləhət xidmətlərinin göstərilməsini həyata keçirmişdir.

  • Cari layihələr:

- Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi;

- Zaqatala biosfer rezervatının yaradılması.