Təşkilatın adı |
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti |
Təşkilata dair ümumi məlumat |
· Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 1 yanvar 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında yaradılmışdır; · Baş ofisi Almaniyanın Bonn və Eşborn şəhərlərində yerləşir; · İdarə heyətinin rəhbəri İnqrid-Qabriela Hovendir; · GIZ Afrika, Asiya, Latın Amerikası, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələri, habelə Avropa, Qafqaz və Orta Asiya regionundakı 130 ölkədə fəaliyyət göstərir və 87 ölkədə nümayəndəliyə malikdir. |
Azərbaycan ilə əməkdaşlıq barədə məlumat |
· GIZ Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından 1995-ci ildən indiyədək Azərbaycanla sıx əməkdaşlıq edir; · Azərbaycanda GIZ-in layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir; · Təşkilatın ölkə üzrə direktoru xanım Sandra Şenkedir. · Hazırda GIZ tərəfindən Azərbaycanda əsasən idarəetmə və iqtisadi inkişaf, peşə təhsili, enerji və ətraf mühit istiqamətlərini əhatə edən 3 layihə icra edilir.
- Menecerlərin Təlimi Proqramı; - Cənubi Qafqazda məcburi köçkünləri və əhalinin həssas təbəqəsinin iqtisadi inteqrasiyası layihəsi; - Dövlət İdarəçiliyi İslahatları üzrə Şərq Tərəfdaşlığı Regional Fondu II. |