ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi

 

 

Təşkilatın adı

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi

Təşkilata dair ümumi məlumat

·         ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 3 noyabr 1961-ci ildə yaradılmışdır.

·         Baş ofisi ABŞ-ın Vaşinqton K.D.-də yerləşir.

·         USAID-in Administratoru vəzifəsini hal-hazırda xanım Samanta Pauer həyata keçirir.

·         USAID 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərir.

·         Təşkilat əsasən yoxsulluğun, xəstəliklərin azaldılması, sosial-iqtisadi inkişaf, ətraf mühit, qlobal məsələlərlə bağlı əməkdaşlıq sahələrində fəaliyyət göstərir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

·         USAID Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlamışdır. Həmin il Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş səbəbindən əsas fəaliyyət istiqaməti humanitar yardımla məhdudlaşmışdır.

·         Təşkilatın Azərbaycan Nümayəndəliyinin rəhbəri Maykl Nirbasdır.

·         Həmçinin özəl sektor USAID tərəfindən həyata keçirilən bir sıra layihələrin benefisiarı qismində çıxış edir.