1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.
1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını, 2000-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1990-1992-ci illərdə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, 1992-1996-cı illərdə Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997-1999-cu illərdə isə İri Vergi Ödəyiciləri ilə İş üzrə İdarənin rəisi, 2000 - 2004-cü illərdə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
2004-cü ildən 2026-cı il 14 yanvar tarixinədək Azərbaycan Respublikası maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin edilib.
Ailəlidir, üç övladı var.