1985-ci ildə anadan olub.
2007-ci ildə ümumi iqtisadiyyat ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavriat, 2011-ci ildə magistratura pilləsini bitirib.
2019-cu ildə davamlı inkişafın idarə edilməsi ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasını bitirib.
2009-cu ildə əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayıb, Nazirlikdə müxtəlif vəzifələrdə işləyib.
2019-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri vəzifələrində çalışıb.
3 iyun 2024-cü ildən 21 iyul 2025-ci ilədək iqtisadiyyat nazirinin müşaviri vəzifəsində işləyib.
2025-ci ilin iyulun 21-də İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.
Azərbaycan Respublikasının Prezidentinin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 1 övladı var.