Uruqvayın xarici əlaqələr nazirinin müavini ilə görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeriya Çukasi ilə görüşüb. Ölkəmizin səmərəli sərmayə mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika potensialı diqqətə çatdırılıb. İki ölkə arasında işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin, eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya transferi və data mərkəzləri sahələrində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud imkanlardan səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.