Yarmarkada 100-ə yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur.
Göyçay şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.
Göyçay şəhər Stadionunda keçirilən yarmarkada Göyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida və qeyri-qida məhsulları nümayiş olunur. Yarmarkada ziyarətçilərə təbii daşlardan hazırlanmış aksesuarlar, taxtadan və dəridən əl işləri, oyma və toxuma sənəti nümunələri, keramik suvenirlər, orqanik şam və sabunlar, şirniyyat məhsulları, meyvə şirələri, ədviyyatlar, kitablar və s. məhsullar təqdim olunur və satışı həyata keçirilir.
“KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satış imkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
Yarmarka çərçivəsində həmçinin mədəni-əyləncəli proqram və master-klaslar da təşkil olunub.
“KOB FEST” sərgi-satış yarmarkası noyabrın 9-da da davam edəcəkdir.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib