İqtisadiyyat Nazirliyininin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Gülər Abbasova ilə mentorluq proqramına başlayıb.
4SİM-in icraçı direktoru ölkədə istedadlı və liderlik keyfiyyətləri yüksək olan kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb və qaliblə şəxsi inkişaf təcrübəsini bölüşərək, gələcək karyerasında məqsədlərinə doğru irəliləməsi və peşəkar bacarıqlarının təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan addımlar barədə fikirlərini bildirib.
Görüşdə uğurlu idarəçi kadrlar üçün zəruri olan bacarıq və vərdişlər, idarəetmədə qənaətbəxş nəticələrin əldə olunması üçün tətbiq edilən müasir alətlər, qərarların qəbulu zamanı vacib olan faktorlar müzakirə edilib və suallar cavablandırılıb.