Rəqəmsal transformasiya, innovasiya və texnologiya sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.
Görüşdə rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiyaya və rəqabətqabiliyyətliliyin artırılmasına töhfəsi, texnologiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi və innovasiyalar əsasında məhsuldarlığın yüksəldilməsi məsələləri müzakirə olunub.
Startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də yüksək inkişaf potensialına malik şirkətlərin dəstəklənməsi, rəqəmsal ticarətin inkişafı və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər rəqəmsal transformasiya, innovasiya və texnologiya sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, Rəqəmsal Əməkdaşlıq Təşkilatı 2020-ci ilin noyabrında rəqəmsal iqtisadiyyatın inklüziv və dayanıqlı inkişafını sürətləndirmək, rəqəmsal transformasiyanı təşviq etmək və bütün ölkələr, bizneslər və insanlar üçün rəqəmsal rifah imkanlarını genişləndirmək məqsədilə yaradılmış qlobal çoxtərəfli təşkilatdır. Ölkəmiz 2026-cı ildən təşkilatın üzvüdür.
Sentyabr 29, 2026 19:35
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısına ev sahibliyi edəcək
Sentyabr 29, 2026 16:14
Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq