İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir

İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinin təşkili davam etdirilir. Nazirlikdə könüllü fəaliyyəti ilə bağlı ərizələrin qəbulu 29 fevral 2020-ci il tarixinədək davam edəcək.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) təqdim edə bilərlər.

Nazirlikdə könüllü fəaliyyət müddəti 2 aydır. Könüllülərlə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək.

Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail: punhan.cafarov@economy.gov.az