İspaniyanın “Santander” bankı ilə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İspaniyanın “Santander” bankının nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycan–İspaniya iqtisadi əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb. Bildirilib ki, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı, eləcə də birgə layihələrin həyata keçirilməsində maliyyə sektorunun rolu mühüm əhəmiyyət daşıyır.
Ölkəmizdə həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən çoxtərəfli maliyyə institutları vasitəsilə dəstəklənməsi imkanları nəzərdən keçirilib. Bu çərçivədə “Santander” bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Azərbaycanda investisiyaların təşviqi və dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirələr olunub
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur