Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 2020-ci ilin 31 mart–3 aprel tarixində keçiriləcək "MosBuild 2020" inşaat və tikinti materialları sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 25 şirkət.
Sərginin əhatə etdiyi sahələr: inşaat və tikinti materialları.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 10 fevral 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər 31 yanvar 2020-ci il tarixinədək təqdim olunmalıdır.
Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO),
Əlavə məlumat üçün:
Elçin Kazımov
AZPROMO, İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 143)
E-mail: elchin.kazimov@azpromo.az
E-mail: destek@azpromo.az
Aybəniz Məmişova
AZPROMO, İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az
E-mail: destek@azpromo.az